Siyasət

Azərbaycan Türkiyəyə qaz ixracatçıları arasında ilk üçlükdə yer alıb

30 Noyabr 2022 10:44
Baxış: 767

2022-ci ilin sentyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,73 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 1,54 milyard, İrandan 854,55 milyon, Azərbaycandan isə 710,48 milyon kubmetr təşkil edib.

Sentyabr ayında Rusiyadan Türkiyəyə qaz ixracı 23,09 faiz azalıb, İrandan isə 3,8 faiz azalıb.

2022-ci ilin sentyabrında Türkiyənin ümumi qaz idxalı ötən ilin sentyabrı ilə müqayisədə 20,56 faiz artaraq 3,401 milyard kubmetr təşkil edib. Türkiyə 3,105 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 296,51 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

Türkiyənin boru kəməri ilə qaz idxalı 14,43 faiz, mayeləşdirilmiş təbii qaz idxalı isə 54,59 faiz azalıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics