Siyasət

Paşinyandan 17 hərbi əsirin qaytarılmasına reaksiya

4 Oktyabr 2022 23:09
Baxış: 1 883

"ABŞ-ın Azərbaycanda saxlanılan 17 erməni hərbi əsirin qaytarılması məsələsində göstərdiyi səyləri yüksək qiymətləndirirəm".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tvitter hesabında yazıb.

"Mən ABŞ-ın 17 hərbi əsirimizin geri qaytarılmasına dəstək səylərini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımızın birgə səyləri ilə biz həm humanitar problemlərin həllində, həm də regionda sülhün bərqərar olunmasında daha da irəliləyiş əldə edəcəyik", - o yazıb.

Xatırladaq ki, bu gün Azərbaycan tərəfi ABŞ-ın vasitəçiliyi ilə 17 erməni hərbi əsiri Ermənistan tərəfinə təhvil verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.