Siyasət

Türkiyə Liviyada sülh və sabitliyin tərəfdarıdır - Çavuşoğlu

4 Oktyabr 2022 07:55
Baxış: 485

Türkiyə Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tripolidə liviyalı həmkarı Nəclə Manquşla birgə mətbuat konfransında deyib.

"Liviyada atəşkəs razılaşması uzunmüddətli sülh üçün yer açmalıdır. Siyasi həllin yolu dialoqdan keçir", - Çavuşoğlu vurğulayıb.

O qeyd edib ki, Türkiyə Liviyada ümumi seçkilərin keçirilməsi səylərinə mümkün töhfə verməyə hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.