Siyasət

Ukrayna artıq qələbə qazanmaq üçün nə edəcəyini bilir - Rusiya şansını itirir...

3 Oktyabr 2022 11:45
Baxış: 3 539

"1 oktyabr 2022-ci ildə Donetsk vilayətinin Liman şəhərindəki Rusiya qüvvələri Ukraynanın hücumu qarşısında geri çəkildi. Ukrayna Silahlı Qüvvələri bunun necə və nə vaxt daha yaxşı olduğunu dəqiq bilirdilər".

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Rusiyada hakimiyyətə bundan sonra kim gələcəksə, onun üçün daha çətin olacaq:

"Kreml bir addım da geri çəkilməməyi əmr etməklə nəinki Ukraynaya qarşı, elə öz xalqına qarşı da qəddar mövqe ortaya qoymaqda davam edir. On minlərlə insanın qətlində məhz Rusiya hakimiyyəti günahkardır. 

"Referendum"un nəticələri ilə bağlı Kreml rəhbəri Vladimir Putini dinləyərkən hər şey daha açıq-aydın olmağa başladı. Artıq Rusiya dövləti hər şeyi başa düşür, hər şeyi bilir və sonunun necə nəticələnəcəyini indidən hiss edir. Rusiyanın və bütün qonşularının əsas problemi məhz həmin hakimiyyətdəki bir dəstə siyasətçidir.

Artıq Rusiya xalqı da yaxşı anlayır ki, onlar təkcə Ukrayna və Rusiyada minlərlə insanın həyatını yox, hətta özlərini də məhv edirlər. Rusiya tarixində ilk dəfə taxtda ölkəni məhvə aparan və heç kimin dayandıra bilməyəcəyi bir rejimlə üz-üzədir. Bəli, hipotetik olaraq, bu proseslərin təkrarlanması mümkündür, ancaq bundan sonrakı hakimiyyətin şansı belə olmayacaq".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.