Azərbaycan Ordusunun əməliyyatı: Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
"Səhər saat 9:15-də Azərbaycan Ordusunun "Qətiyyətli cavab" əməliyyatı uğurla başa çatıb. Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq".
Milli.Az xəbər verir ki, bunu "Caliber" nəşri öz mənbələrinə istinadən bildirib.
Qeyd olunub ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur.
Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.
"Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə "Qətiyyətli cavab" verildi", - nəşr əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
XƏBƏR LENTİ
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək





