Siyasət

Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasında iştirak etməyə hazırdır

20 Avqust 2022 07:45
0 Şərh     Baxış: 640

Türkiyə Podratçılar Birliyinin (TPB) üzvləri Ukraynanın yenidən qurulması və bərpasında iştirak etməyə hazırdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "TPB-nin sədri Erdal Eren deyib.

O, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukraynanın müharibə nəticəsində dağılmış infrastrukturunun bərpasına dair imzalanmış sazişi yüksək qiymətləndirib.

E.Eren bildirib ki, TPB bu prosesə qoşulmaq üçün Türkiyə Xarici İşlər Nazirliyi və Ticarət Nazirliyinə müraciət edib.

Onun sözlərinə görə, nazirliklərə müvafiq məktublar göndərilib, onlar Ukraynanın bərpası üzrə işçi qrupunda iştirak etməyə hazır olduqlarını bildiriblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.