Siyasət

Britaniya hökumətindən Azərbaycanın Londondakı səfirliyinə hücuma münasibət

15 Avqust 2022 21:36
Baxış: 962

Böyük Britaniya Britaniya hökuməti 2022-ci il avqustun 4-də radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə qarşı hücumdan təəssüfləndiyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra verdiyi açıqlamada deyilir.

"Mən Böyük Britaniya hökumətinin Böyük Britaniyadakı bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım və baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim. Böyük Britaniya özünüifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir", - deyə Q.Stüart bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.