Siyasət

Azərbaycan Ordusunun ildırımsürətli əməliyyatları dünyanın hərbi dairələrinin heyranlığı ilə qarşılandı - Sahil Kərimli

25 İyun 2022 18:06
Baxış: 733

Artıq iki ildir ki, biz Silahlı Qüvvələr Gününü xüsusi fəxr və qürur hissi ilə qeyd edirik. Qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya nümunə olan tarixi Zəfər əldə etdi və xalqımıza əbədi sevinc yaşatdı.

Bunu SƏS TV-yə açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O deyib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi, dünyanın ən güclü orduları sırasına qoşuldu: "90-cı illərin əvvəllərində Azərbaycanda nizami ordu yox idi. Ölkədə ayrı-ayrı silahlı birləşmələr fəaliyyət göstərirdi, vahid komandanlıq yox idi. Hərbçilərin təminatından söhbət getmirdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikədn sonra, ilk növbədə, ordu quruculuğuna böyük önəm verdi və nizami ordunun əsası qoyuldu. 2000-ci illərin əvvəllərindən isə Prezident İlham Əliyevin komandanlığı ilə Silahlı Qüvvələrimiz daha da təkmilləşməyə başladı. Ordunun ən müasir silah-sursatla təminatına ciddi önəm verildi. Şəxsi heyətin peşəkarlığı, döyüş qabiliyyəti durmadan artırıldı. Azərbaycan Ordusu tez bir müddətdə dünyanın ən güclü orduları sırasına çıxdı".

S.Kərimli bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı güclü, qüdrətli, qalib ordumuzla qürur duyur: "Ordumuz uzun illər əldə etdiyi təcrübə və bacarıqla Vətən Müharibəsində sanki bir imtahan verdi, özünü sözün əsl mənasında doğrultdu. Çünki orduya həm dövlət dəstəyi və qayğısı var idi, həm də ordumuz Prezident İlham Əliyevə qətiyyətli sərkərdə kimi inanır, eyni zamanda, xalqımıza arxalanırdı. Bunun nəticəsində də biz Qələbə qazandıq. Azərbaycan Ordusunun ildırımsürətli hərbi əməliyyatları, düşmənə vurduğu öldürücü zərbələr, xüsusi təyinatlılarımızın çətin tapşırıqların öhdəsindən layiqincə gəlməsi dünyanın hərbi dairələrinin heyranlığı ilə qarşılandı".

S.Kərimli, həmçinin qeyd edib ki, Azərbaycan ordsu öz peşəkarlığını və döyüş qabiliyyətini durmadan artırır. Silahlı Qüvvələrimiz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlir: "Ordunun maddi texniki bazası daim yenilənir, yeni və müasir tipli silahlar alınır. Yeni komanda birləşmləri yaradılır. Bütün bunlar Azərbaycan dövlətinin gücünü və qüdətini daha da möhkəmləndirir, ölkəmizin ərazi bütövlüyünə qarşı yönələ biləcək hər hansı təhdidlərin qarşısının qətiyyətlə alınmasına zəmin yaradır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.