Siyasət

Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verilə bilər

9 İyun 2022 08:03
0 Şərh     Baxış: 578

Avropa Parlamenti Avropa İttifaqına Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi tövsiyə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avropa Parlamentinin sözügedən qətnaməsinin lehinə 438 deputat, əleyhinə isə 65 deputat səs verib, 94 deputat isə səs verməyib.

Avropa Parlamenti Aİ Şurasına "Versal Bəyannaməsi Ukraynanın Avropa istəklərini və Aİ-yə üzvlük müraciətini tanıdığı ilə razılaşmağı, eləcə də Ukrayna xalqı ilə həmrəyliyin aydın siyasi siqnalı kimi ona Aİ-yə namizəd statusu verilməsini tövsiyə edib.

Sözügedən qətnamədə "Moldova və Gürcüstanın Avropa istəkləri" də qeyd olunur. Bu ölkələr, məlum olduğu kimi, ərizələrini Ukraynadan sonra veriblər. Bununla belə, qətnamədə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələr yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.