Siyasət

Ukrayna məğlub olsa ƏN AĞIR ZƏRBƏni bu ölkələr alacaq - Kreml bağışlamayacaq

26 May 2022 10:52
Baxış: 7 200

"Ukrayna ABŞ-ın rəhbərlik etdiyi Qərb demokratiyasının taleyini həll edir".

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Ukraynanın məğlubiyyəti Qərbə baha başa gələr:

"Rusiya Ukraynanı parçalaya bilməyəcək. ABŞ və müttəfiqləri Rusiyanın Ukraynanı ələ keçirməsinə imkan verə bilməz, çünki o, bu halda Qərbi məğlub edəcək.

Rusiyanın tam təcrid olunması onu Ukraynanı tərk etməyə məcbur edəcək. Qərb Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Bu, Ukrayna üçün zəmanətdir. Nəticədə Rusiya elitası müharibənin günahını Putinin üzərinə atacaq. Hadisələrin gedişi deməyə əsas verir ki, hər şey yaxşı olacaq.

ABŞ-ın keçmiş dövlət katibi, 98 yaşlı "siyasi fahişə" Henri Kissincer dünyada sabitliyi qorumaq üçün Ukraynaya ərazilərini Rusiyaya verməyi tövsiyə edib.

Bu bəyanat Davosda planlaşdırıldığı kimi səsləndirildi. Çünki onlara Qərb demokratları ilə növbəti siyasi böhran və çəkişmələr törətmək lazımdır.

Kreml hədsiz əzab-əziyyətdə olan 6 nömrəli xəstələr palatasının  siyasətçilərini siyirməsindən çıxarıb özlərini müdrik kimi göstərirlər.

Kissinger bir dəfə Qoldi Meyerə dedi: "Birincisi, mən ABŞ vətəndaşıyam, ikincisi, mən ABŞ dövlət katibiyəm, üçüncüsü, mən yəhudiyəm". Cənab Henri dördüncüsü əlavə etməyi unudub: insan həyatının heç bir dəyəri olmayan siyasi fahişə.

Və bu gün o qədər "siyasi trol" var ki, müharibə onların səbəb olduğu çirkin siyasətin davamıdır".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.