Siyasət

Ermənistan Rusiyadan QOPACAQ - Kreml Paşinyana mane ola bilməyəcək

24 May 2022 15:07
Baxış: 2 072

"Brüssel danışıqlarının növbəti raundunun nəticələri sülh yolunda növbəti müsbət addım kimi qiymətləndirilə bilər".

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, münaqişə vəziyyətinin qalmasında maraqlı olan qüvvələr sülh təşəbbüslərini tamamilə dayandıra bilməyəcəklər:

"Azərbaycanın elan etdiyi 5 prinsipin danışıqların yeganə müzakirə formatı olduğu bir daha təsdiqləndi. 

Görüşün nəticələrinə əsasən qəbul olunan yekun bəyanatda nəzərəçarpan məqamlardan biri növbəti dəfə "Dağlıq Qarabağ" və "statusu" sözlərindən istifadə olunmaması idi. Bu, o deməkdir ki, 44 günlük Vətən müharibəsində "cəhənnəmə" göndərdiyimiz status məsələsi bir daha gündəliyə gəlməyəcək və heç vaxt müzakirə predmeti olmayacaq.

Digər müsbət məqam Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı real addımların atılması barədədir. Yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsi barədə razılaşma əldə olunub. Bildiyimiz kimi, sərhəd komissiyaları 6 aprel görüşünün nəticələrinə uyğun olaraq, həmin ayın sonuna qədər yaradılmalı idi.

Lakin Ermənistan rəhbərliyinin qeyri-adekvat davranışları bunun reallaşmasına imkan vermədi. Ermənistan rəhbərliyinə daxildən və xaricdən təzyiq edən qüvvələr, əvvəlki kriminal rejimin qalıntıları və onlara havadarlıq edən qüvvələr həmin prosesi açıq şəkildə sabotaj etdilər.

22 may görüşü bir daha göstərdi ki, sülhə qarşı olan, danışıqların uzadılmasının və nəhayət, münaqişə vəziyyətinin qalmasında maraqlı olan bu qüvvələr sülh təşəbbüslərini ləngitsə də, onu tamamilə dayandırmaq imkanına sahib deyillər".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.