Siyasət

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan ombudsmanları Şuşada səfərdədirlər - FOTO

24 May 2022 14:17
0 Şərh     Baxış: 814

"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransın iştirakçılarının bir qrupu ilk öncə Füzuli hava limanına, sonra isə Şuşaya yola düşüblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak edir.

Qonaqlar Şuşa şəhərinin erməni işğalı dövründə dağıntılara məruz qalmış tarixi abidələrinin qalıqlarına baxıblar. Onlar Şuşanın qala divarlarını, Cıdır düzünü, Vaqifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 20 illiyinə həsr olunan konfrans sabah Bakıda keçiriləcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.