Siyasət

İƏT PA iştirakçılarının Şuşaya səfəri başlayıb

18 May 2022 11:42
Baxış: 690

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçılarının Şuşaya səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar və daha sonra isə Şuşa şəhərinə yola düşüblər.

İƏT PA iştirakçıları Şuşada aparılan bərpa və quruculuq işləri ilə tanış olacaqlar, həmçinin Şuşa qala divarları, Şəhər meydanı, X.Natavanın malikanəsi, Cıdır düzü və M.P.Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.