Siyasət

Zəngilan və Füzulidə yükdaşımaları üçün logistik mərkəzlər yaradılır

17 May 2022 20:51
Baxış: 758

Zəngilan və Füzulidə yüklərin daşınması üçün logistik mərkəzlər yaradılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

Onun sözlərinə görə, agentliyə Araz Vadisi İqtisadi Zonasının rezidenti kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün logistika şirkətindən müraciət daxil olub.

"Şirkət 50-yə yaxın yük maşını alıb və Zəngəzur dəhlizinin açılışından sonra müəssisənin işə salınması üçün infrastruktur qurur", - Nuriyev bildirib.

Bundan başqa, agentliyin idarə heyəti sədrinin sözlərinə görə, FedEX, UPS, ASE Express və American Express kimi şirkətlərin yerli nümayəndəlikləri Qarabağ Logistika şirkətini yaradıb: "Əsas məqsəd Zəngilan və Füzuli hava limanlarında gömrük anbarları yaratmaq və öz mərkəzlərimizi formalaşdırmaqla beynəlxalq yükdaşımaları həyata keçirməkdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.