Siyasət

Nazir Zəngəzur dəhlizinin region üçün əhəmiyyətindən danışdı

17 May 2022 14:42
0 Şərh     Baxış: 808

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, təkcə yol və infrastruktur tikintisi sahəsində deyil, həm də sosial infrastruktur obyektlərinin yaradılması sahəsində işlər aparılır.

"Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq layihələr təqdim olunur. Həmçinin Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, həm də regionun digər dövlətləri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq. Ağdam sənaye zonası və Araz vadisi iqtisadi zonası azad edilmiş ərazilərin inkişafının sürətlənməsi üçün imkanlar yaradır", - nazir deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.