Siyasət

Səudiyyə Ərəbistanı Kralı xəstəxanaya yerləşdirilib

8 May 2022 22:44
0 Şərh     Baxış: 633

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əll Səud Ciddədəki Kral Faysal Xəstəxanasına aparılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 86 yaşlı Kral Salman bir sıra tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib.

Kralın Salmanın kolonoskopiya etdirdiyi və nəticələrin məlum olduğu, ancaq istirahət üçün bir müddət xəstəxanada qalacağı bildirilir.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, 86 yaşlı Kral Salman bəzi tibbi müayinələrdən keçmək üçün dünən Ciddə xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Kral Salman bəzi tibbi müayinələrdən keçmək üçün 2020-ci ilin 20 iyulunda da xəstəxanaya yerləşdirilmişdi. O, 3 gün sonra öd kisəsindən uğurlu cərrahi əməliyyat keçirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.