Siyasət

Trampın "Twitter"-ə qarşı iddiası rədd edildi

7 May 2022 08:08
0 Şərh     Baxış: 574

ABŞ-ın məhkəməsi keçmiş prezident Donald Trampın Twitter-ə qarşı iddiasını rədd edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iddiada sosial şəbəkədə eks-prezidentin səhifəsinin bloklanmasına etiraz bildirilir.

Qeyd olunur ki, məhkəmə Trampın "Twitter"-in onun ABŞ Konstitusiyasına edilən birinci düzəlişlə təmin edilən söz azadlığı hüququnu pozduğuna dair arqumentlərini nəzərə almayıb.

Ötən il Trampın vəkilləri iddia edirdilər ki, "Twitter" ölkənin siyasi diskursunda o qədər gücə malikdir ki, bu demokratik müzakirələr üçün təhlükəli ola bilər.

2021-ci ilin əvvəlində "Twitter" və digər sosial media platformaları Trampın bir dəstə tərəfdarının Kapitoli binasına hücumundan sonra ona xidmət göstərməsini qadağan etmişdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.