Siyasət

Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi - FOTO

2 Dekabr 2021 17:41
Baxış: 1 095

2 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoymuşlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn edilmişlər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilmiş və baş sağ­lığı verilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.