Siyasət

Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir

1 Dekabr 2021 20:48
Baxış: 523

Yeni geosiyasi reallıq, Qarabağın dinamik dirçəlişi, nəqliyyat kommunikasiyalarının açılması və yeni iqtisadi imkanlar Azərbaycanın tanınmış regional lider kimi daha da çiçəklənməsinə və güclənməsinə yol açır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününün qeyd edilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

"Qarabağda vəziyyətin sabitləşməsi Cənubi Qafqazda sabitliyə şərait yaradır, Zəngəzur dəhlizinin yaradılması Naxçıvan vasitəsilə Azərbaycanla Türkiyə, daha sonra isə Avropa ilə əlaqələri gücləndirəcək. Bu, həm də ölkəmizin Xəzər limanı infrastrukturunun artan potensialı üçün yeni imkanlar açır", - səfir bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.