Siyasət

İran Azərbaycana başsağlığı verdi

30 Noyabr 2021 16:30
Baxış: 580

İran Səfirliyi Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin Twitter səhifəsində paylaşılıb.

Paylaşımda bildirilir ki, İran İslam Respublikası Səfirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması və bir neçə nəfərin şəhid olması ilə bağlı dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.