Neft və qaz

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan qaz borusunun təməli qoyuldu

22 May 2019 18:07
Baxış: 703

ICGB layihə şirkətinin icraçı direktorları Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikinti işlərinə start verib.

Milli.Az xəbər verir ki, Trend bu barədə şirkətə istinadən məlumat verir.

Təməlqoyma mərasimində Bolqarıstanın baş naziri Boyko Borisov, Yunanıstanın baş naziri Aleksis Tsipras, hər iki ölkənin energetika nazirləri, Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, eləcə də Avropa Komisssiyasının və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edib.

Mərasim zamanı elan olunub ki, Bolqarıstan Nazirlər Şurası IGB üzrə hökumətlərarası sazişin mətnini təsdiq edib və energetika nazirinə yekun sazişin imzalanması ilə bağlı səlahiyyət verib.

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycan, Bolqarıstan və Yunanıstan arasında əməkdaşlığın uğurlu və daimi olmasını arzulayıb.

Təməlqoyma mərasimi Bolqarıstanın Kirkovo şəhəri yaxınlığında keçirilib və 150-dən çox qonaq tədbirdə iştirak edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.