Neft və qaz

“5G” dünya iqtisadiyyatının həcmini 2,2 trilyon dollar artıracaq

28 Fevral 2019 08:21
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil rabitə operatorlarının maraqlarını təmsil edən "GSMA" Assosiasiyası beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yayılması ilə bağlı proqnoz tərtib edib.

Milli.Az ICTnews-a istindən bildirir ki, ekspertlərin proqnozlarına görə, 2025-ci ilədək "5G" şəbəkələrinə qoşulan qurğuların sayı 1,4 milyarda çatacaq ki, bu da mobil bağlantıların ümumi sayının 15 faizini təşkil edəcək. Bununla yanaşı, bir sıra regionlarda göstərici daha yüksək olacaq. Məsələn, Avropada və Çində "5G" qoşulmalarının payının 30 faizə çatacağı, ABŞ-da isə onun 50 faizədək yüksələcəyi gözlənilir.  

2018-ci ildə "5G" şəbəkələri Cənubi Koreya və ABŞ-da kommersiya istifadəsinə verilib. 2019-cu ildə onun daha 16 böyük ölkədə istismara verilməsi gözlənilir. Assosiasiyanın hesablamalarına görə, hazırda dünya mobil rabitə operatorları kəskin rəqabət və hakimiyyət tərəfindən təzyiq şəraitində şəbəkələrin genişləndirilməsinə və modernləşdirilməsinə 160 milyard dollara yaxın investisiya yatırırlar.

Beşinci nəsil mobil rabitə şəbəkəsinin yaxın 15 ildə dünya iqtisadiyyatının həcmini 2,2 trilyon dollar artıracağı proqnozlaşdırılır. Texnologiyanın tətbiqindən daha çox istehsal, energetika, maliyyə və peşə xidmətləri kimi sektorlar faydalanacaq.

Mobil texnologiyaların iqtisadiyyata töhfəsinə gəldikdə, hesabatda deyilir ki, 2018-ci ildə onlar dünyada ÜDM-nin 4,6 faizini hasil ediblər ki, bu da 3,9 trilyon dollarlıq iqtisadi dəyərə bərabərdir. Analitiklərin proqnozlarına görə, 2023-cü ilədək bu töhfə 4,8 trilyon dollaradək (ÜDM-nin 4,8 faizi) artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.