Neft və qaz

“Motorola” və “Google” müştərək smartfonlar buraxacaq

3 İyul 2018 07:51
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Motorola" şirkəti "Google" korporasiyası ilə birgə iki yeni smartfonunun tərtibatını aparır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu iş "Android One" proqramı çərçivəsində aparılır.

Şəbəkədə yeniliklərin ilk görüntüləri yayılıb. Belə ki, birinci cihazın ön hissəsi şüşədən, ikinci cihaz isə metaldandır. Bununla belə, cihazların ekranın yuxarı hissəsi kəsiklidir və nazik yan çərçivələrə malikdir.

"Astera" portalı isə yazır ki, smartfonlar 6,2 düymülk ekranlarla təchiz ediləcək. Onların 4 Gb əməliyyat yaddaşı, 64 Gb daimi yaddaşı, həmçinin 12 meqapiksel və 5 meqapiksel kameraları var.

Gözlənilir ki, yeniliklər "Snapdragon 636" prosessorları ilə işləyəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.