“Deməli, səhifəmdə yatırsan, ay abırsız?” - Ayandan izləyicisinə hədə

30 Noyabr 2021 12:00

Müğənni Ayan Babakişiyeva İnstaqramda ona təhqir yazan izləyicisinin fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi uşaq səhifəsi ilə ünvanına yazılan sözlərin cəzası olacağını bildirib:

"İndi deyin görüm bu səhifəyə aiddir, böyüyə, qadına, yoxsa kişiyə? Deməli, səhifəmdə yatırsan, ay abırsız? Bilmirəm kişisən ya yox? Əgər elədirsə, o bığlarından utan, səni indi hansı cəza gözləyir hə? Təhqir yazmağın bəs deyil, hələ səhifəmdəki izləyicini də təhqir edirsən? Ok, görək indi səni tanıyan varsa, səndən mənə nə yazacaqlar? Gözlə".

Milli.Az