Leopoldun yaradıcısı vəfat etdi

30 Noyabr 2021 09:30

Pişik Leopold haqqında cizgi filmləri üzərində işləyən animator Konstantin Romanenko 73 yaşında vəfat edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, məlumatı rejissor Sergey Kapkov təsdiqləyib.

O, əlavə edib ki, Romanenkonun heyrətamiz ailəsi var və məhz bu ailəni, bütövlükdə sovet animasiyasının yaradıcılarından hesab etmək olar.

Qeyd edək ki, Romanenko uzun illər "Ekran" yaradıcılıq birliyində işləyib. O, "Pişik Leopoldun sərgüzəştləri"lə yanaşı, "Möhtəşəm Qoşa" cizgi filminin ərsəyə gəlməsində də yaxından iştirak edib.

Milli.Az