İlin ən yaxşı gənc futbolçusu seçildi - FOTO

30 Noyabr 2021 08:28

"France Football" nəşrinin təsis etdiyi 2021-ci ilin ən yaxşı gənc futbolçusu nominasiyası üzrə qalib müəyyənləşib.

Bu ada "Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri layiq görülüb.

"Borussiya"nın (Dortmund) oyunçusu Cud Bellingem 2-ci, "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala 3-cü olub.

Milli.Az