Azərbaycanda yarıçılpaq qızlarla özünü reklam edən sanatoriya - FOTO

29 Noyabr 2021 15:36

Azərbaycanda sanatoriya müştəriləri cəlb etmək üçün əxlaq normalarına uyğun gəlməyən yollara əl atıb.

Milli.Az oxu.az-a istinadla bildirir ki, "Qaranquş" uroloji sanatoriyasına məxsus saytın "Haqqında" bölməsində xəstələrin təbii müalicəvi palçıqla və müalicəvi mineral yod-bromlu su ilə müalicə edildiyini qeyd edib. Lakin sanatoriyanın saytında "Fotoqalereya" bölməsinə daxil olarkən sanatoriyanın ucuz reklamlara əl atdığını görmək mümkündür. Yarıçılpaq qızların mərkəzin müxtəlif yerlərində, hamam, yataq otaqlarında fotosessiyası heç də birmənalı qarşılanmır.

Həmçinin saytdakı qalereyada sanatoriyanın əsl məqsədinə aid foto tapmaq demək olar ki, mümkün deyil.

Mərkəzdən bəzi fotoları həmin xanımların üzünü gizlətməklə təqdim edirik:

Milli.Az