Bir komandanın 13 futbolçusunda "Omicron" ştammı aşkarlandı

29 Noyabr 2021 17:24

Portuqaliyada bir futbol komandasının 13 üzvündə COVID-19-un "Omicron" ştammı aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Lissabonun "Belenenses SAD" komandasının 13 oyunçu və heyət üzvləri koronavirusunun yeni ştammına yoluxub.

Bildirilib ki, komandanın oyunçularından biri bu yaxınlarda Cənubi Afrikadan səfərdən qayıdıb.

Milli.Az