Petek Dinçöz: "Üzeyir Mehdizadə ilə duet oxumaq istəyirəm"

29 Noyabr 2021 17:36

Məşhur türkiyəli müğənni Petek Dinçöz Üzeyir Mehdizadə ilə duet oxumaq istədiyini bildirib.

Milli.Az  azxeber.com-a istinadən xəbər verir ki, 19 yaşından Bakıya gələn Petek burada çox gözəl qarşılandığını vurğulayıb.

O, açıqlamasında "Tik-tok" videolarının əksəriyyətini Üzeyir Mehdizadənin mahnıları ilə çəkdiyini söyləyib.

Hətta Üzeyirlə duet oxumaq istəyinin olduğunu da bildirib:

"Hələ Üzeyirlə tanış olmamışıq. Onun tərzini tam bilmirəm, əgər alınarsa, duet oxumaq niyə də alınmasın?" deyə bildirib.

Milli.Az