Qara Qarayev adına Dövlət Kamera orkestrinin konserti keçiriləcək

29 Noyabr 2021 14:04

2 dekabr 19.00-da tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti keçiriləcək.

Proqramda - G.F.Hendelin - Concerto grosso, op.6 No.10, E.Volfun - Ferrari - Serenade ( Bakıda ilk ifa), V.Allahverdiyevin - Simli orkestr üçün musiqi, C.Allahverdiyevin - "Misri", Y.Akutaqavanın - "Triptyque", C.Puççininin - "Crisantemi" (Bakıda ilk ifa) əsərləri səslənəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az