Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM

29 Noyabr 2021 13:40

Prezident İlham Əliyev İlqar İskəndərovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılır.

Milli.Az