Azərbaycan Aİ-95 markalı benzin istehsal edəcək - Qonşu ölkələrə ixracı da planlaşdırılır

29 Noyabr 2021 13:03

Azərbaycanda yerli istehsal olan yanacağın Gürcüstan və Türkiyə bazarlarına ixracı planlaşdırılır.

Bunu Trend-ə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin baş direktor müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, zavodun modernləşdirilməsi layihəsinin reallaşdırılması üzrə investisiya planı dəyişməz qalıb.

O bildirib ki, layihəyə əlavə investisiyaların qoyulması məsələsi 2023-cü ildə birinci mərhələnin başa çatmasından sonra nəzərdən keçiriləcək.

"Birinci mərhələdə zavodun istehsal gücü Azərbaycan bazarının dizel yanacağı, eləcə də Aİ-92 və Aİ-95 markalı benzinə tələbatını tam təmin edəcək. Biz, həmçinin zavodun məhsulunun Gürcüstan və Türkiyə bazarlarına ixracını planlaşdırırıq. Əsas ixrac məhsulu dizel yanacağı olacaq", - deyə o, bildirib.

Milli.Az