Apple istifadəçiləri məlumatlarını yaxınlarına vəsiyyət edə biləcəklər

30 Noyabr 2021 23:40

Apple şirkəti bir neçə müddət bundan öncə iOS 15.2 əməliyyat sisteminin hamı üçün nəzərdə tutulmuş beta versiyasını təqdim etmişdi. Məlum olub ki, şirkət iOS-in bu versiyasına Digital Legacy adlı funksiyanı əlavə edib. Qeyd etmək lazımdır ki, Apple sözügedən funksiyanı hələ iyun ayında WWDC 2021 konfransında təqdim etmişdi. İstifadəçi öz ölümü halında bu funksiya vasitəsilə məlumatlarını kiməsə vəsiyyət edə bilər. Hal hazırda hər hansı bir iPhone istifadəçisi həyatını itirən zaman onun ailə üzvləri smartfondakı məlumatları əldə edə bilmirlər. Məsələ burasındadır ki, həyatını itirmiş şəxsin məlumatları konfidensial hesab edilir və heç kimə açıqlanmır.

Bu məsələdə hətta ölüm şəhadətnaməsi və məhkəmənin miras qərarı da kömək olmur. Digital Legacy funksiyası isə bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Beləliklə istənilən istifadəçi güvəndiyi 5 şəxsi seçə bilər. Həmin şəxslər isə istifadəçinin ölümündən sonra onun iCloud hesabını və həmin hesabda mövcud olan məlumatları (foto, video, sənədlər və s.) əldə edəcəklər. Bunun üçün Apple şirkətinə sadəcə olaraq ölüm şəhadətnaməsini və istifadəçinin iCloud hesabının şifrəsini təqdim etmək lazım gələcək. Digital Legacy funksiyası iPhone-larda, iPad-lərdə və Mac modellərində aktiv olacaq.

Milli.Az