Gəncədə piyadanı maşın vurub

28 Noyabr 2021 21:35

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan olan "Volkswagen-Passat" markalı avtomobil yolu keçmək istəyən Namiq Quliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az