Xalq artisti koronavirusa yoluxdu - FOTO

28 Noyabr 2021 20:42

Xalq artisti Eldost Bayram COVID-19-a yoluxub.

Milli.Az qaynarinfo-ya istinadən  xəbər verir ki, bu barədə məlumatı jurnalist Faiq Balabəyli verib.

Onun sözlərinə görə, həkimlər xəstənin ağır günlərinin artıq arxada qaldığını deyir. 
 
O bildirib ki, həkimlər Eldost Bayramın müalicəsinin davam etdirilməsi, digər xəstəliklərinin də sağalması üçün mütləq başqa xəstəxanaya köçürülməsinin vacib olduğunu deyib.

Milli.Az