Tovuzda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

28 Noyabr 2021 20:12

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun girişində "Qala" adlanan yerdə qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Milli.Az