Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb - VİDEO - FOTO

28 Noyabr 2021 16:53

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az