İranda ötən sutkada 80 nəfər koronavirusdan ölüb

28 Noyabr 2021 18:22

İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 12 9629 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 3 781 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 108 882 nəfərə çatıb.

Milli.Az