Qərbdə heç kim Rusiya ilə müharibə istəmir - Siyarto

28 Noyabr 2021 14:52

Avropada heç kim Rusiya ilə NATO arasında müharibənin başlanmasını istəmir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyarto deyib.

"Düşünürəm ki, heç kim, hətta Avropanın qərb hissəsində belə münaqişənin başlamasını istəməz. Buna görə də mənə elə gəlir ki, Qərbdə hər kəs münaqişədən qaçmaq üçün əlindən gələn hər şeyi edir. Mən buna tam əminəm", - Siyarto bildirib.

Nazirin sözlərinə görə, NATO üzvü kimi Macarıstan üzərinə düşən öhdəlikləri etməlidir:

"Budapeşt NATO ilə Rusiya arasında münaqişənin qarşısını almaq üçün əlindən gələni edəcək".

Milli.Az