Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib - FOTOlar

28 Noyabr 2021 11:39

Noyabrın 28-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün səhər və günorta sessiyalar zamanı 13-14 yaş kateqoriyasında tamblinq proqramı, 15-16 yaşlı idmançılar arasında ikili mini-batutda, həmçinin fərdi (11-12 yaş) təsnifat və batutda sinxron tullanma proqramı üzrə yarışlar keçiriləcək (17-21 yaş).

Axşam sessiyasında final yarışları keçiriləcək, onların nəticələrinə əsasən yarışın final gününün qalibləri və mükafatçıları müəyyən ediləcək.

Yarışın final günündə Azərbaycandan Əmmar Baxşəliyev, İbrahim Mustafazadə, Səma Cəfərova və Aleksey Karataşov çıxış edəcəklər.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Milli.Az