Gürcüstanda daha 3 333 nəfərdə COVID-19 aşkarlanıb, 56 nəfər ölüb

28 Noyabr 2021 11:37

Gürcüstanda ötən sutkada daha 3 333 nəfərə koronavirus diaqnozu qoyulub, 56 nəfər vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Gürcüstanda indiyədək COVID-19-a 838 639 nəfər yoluxub, onların 11 927-si dünyasını dəyişib.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 5 052 nəfər artaraq 779 510-a yüksəlib.

Milli.Az