"Yargı"nın aktyoru ilk dəfə sevgilisi ilə görüntüləndi - FOTO

28 Noyabr 2021 10:48

"Yargı" serialında "Pars" obrazına həyat verən aktyor Mehmet Yılmaz Ak sevgilisi, Nazlı Çetinlə ilk dəfə görüntülənib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor özündən 14 yaş kiçik sevgilisi ilə əl-ələ tutaraq paparatsilərə poz verib.

Mehmet eyni zamanda yeni obrazı haqqında danışıb. O, illərdir mənfi rolları canlandırdığı üçün bu dəfə dəyişilik etsiyini bildirib:

"Həmişə mənfi obrazları canlandırmışam. Bu il seçimim mafiya serialında yer almamaq idi. Prokuror roluna keçməyim sürətli oldu. Bacardığımı düşünürəm".

O, özəl həyatı ilə bağlı sualları isə cavabsız qoyub. 

Qeyd edək ki, Nazlı 2019-cu ildə "Miss Turkey" gözəli seçilib. O, "Kardeşlerim", "Mucize doktor", "Şərəf sözü" kimi seriallarda rol alıb.

Milli.Az