Bakıda GÜCLÜ YANĞIN: 20 nəfər təxliyə edildi

28 Noyabr 2021 09:31

Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az