Ərdoğandan kritik dollar təlimatı - Araşdırma başladı

27 Noyabr 2021 22:56

Türkiyə Dövlət Müşahidə Şurası (DDK) valyuta ilə manipulyasiya edilməsi iddialarına görə hərəkətə keçib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, qurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ictimaiyyət arasında dollarla bağlı yayılan manipulyasiya iddiaları barədə araşdırmalara başlayıb.

Ölkə başçısı son dövrdə valyuta bazarında baş verən dəyər artımının səbəblərinin araşdırılması ilə bağlı tapşırıqlar verib.

Milli.Az