Çexiya Prezidenti xəstəxanadan evə buraxılıb

27 Noyabr 2021 22:06

Çexiyanın koronavirus aşkarlandığı 77 yaşlı Prezidenti Miloş Zeman xəstəxanadan evə buraxılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Prezident ambulator müalicə kursu keçəcək.

Qeyd edək ki, noyabrın 25-də dövlət başçısının COVID-19 testi müsbət olub. Miloş Zeman həkimlərin tövsiyəsi ilə Praqadakı hərbi hospitala yerləşdirilmişdi.

O, oktyabrın 10-dan noyabrın 25-dək bu xəstəxanada müalicə kursu keçmişdi. Zeman bir neçə gün bundan əvvəl koronavirus əleyhinə üçüncü peyvəndi vurdurub.

Milli.Az