Şirvanda avtomobilin vurduğu qadın kəllə-beyin travması alıb

27 Noyabr 2021 21:31

Şirvanda 64 yaşlı qadını avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil yolu keçən Şirvan sakini, 1957-ci il təvəllüdlü Rəhimova Gülbuta Əvəz qızını vurub. Ağır kəllə-beyin travması alan 64 yaşlı qadın Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az