Xaçmazda üzərinə ağac düşən 45 yaşlı kişi ölüb

27 Noyabr 2021 20:56

Xaçmaz rayonu ərazisində bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yalama kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Vilayət Həsənov üzərinə ağac düşməsi nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az