Bakıda 18 yaşlı qız intihar etdi

27 Noyabr 2021 16:00

Bakıda 18 yaşlı qız intihar edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb.

Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az