Teleqramda yeni funksiya

28 Noyabr 2021 03:33

Teleqram messencerinə yaxın vaxtlarda yeni funksiya əlavə olunacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni funksiya şəkillər üzərində mətnin mobil cihaz tərəfindən oxunmasından ibarət olacaq.

Bildirilir ki, yeni funksiyadan "Apple" cihazlarının sahibləri istifadə edə biləcək.

Milli.Az