Builki “Qara Cümə” sakit keçdi - FOTO

27 Noyabr 2021 15:24

ABŞ-da hər il noyabrın 26-sı təşkil olunan məşhur endirim günü "Black Friday" ("Qara cümə") alıcı izdihamı ilə məşhurdur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu il ABŞ mağazalarında adət edilən izdiham və alıcılar arasında qarşıdurma yaşanmayıb. Buna isə əsas səbəb olaraq alıcıların koronavirusla bağlı ehtiyat etməsi olub.

Analitiklər "Qara Cümə" günü mağazalarda satışa çıxarılan məhsulların həcminin digər illərə nisbətən az olduğunu vurğulayıb. Bildirilir ki, mağazalar endirim gününə yaxşı hazırlaşa bilməyib. Belə ki, bir çox alıcı mağazalarda istədikləri məhsulu görə bilməyib. Buna səbəb isə mağazaların təchizatla bağlı yaşadığı problemlər olub.

"Adobe Digital Economy Index"in məlumatına görə, ABŞ-da alıcılar axşam 21:00-a qədər 6,6 milyard dollar xərcləyiblər. Lakin həmin gün ümumi xərclərin 8,8 - 9,2 milyard dollar arasında olacağı gözlənilirdi.

Milli.Az